• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edib

Yol polis paytaxt sakinləri və sürücülərə müraciət edib
30.09.2023 10:46
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, 2-6 oktyabr 2023-cü il tarixdə paytaxt Bakı dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

İdarənin baş insprektoru polis mayoru Araz Əsgərli tədbirin Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçiriləcəyini beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutlarının isə paytaxtın mərkəzi küçə və prospektlərini əhatə etdiyini bildirib.

"Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılatından xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik.
 
Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etmələrini xahiş edirik’’, - o vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Cəmiyyət 20:12
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Ağsuda iki nəfər zəhərlənib
Cəmiyyət 19:28
Ağsuda iki nəfər zəhərlənib
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 19:00
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
Cəmiyyət 18:21
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Cəmiyyət 17:44
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Cəmiyyət 17:21
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol