Yol polisi bunu da etdi - VİDEO

14:24 | 02.03.2017
Yol polisi bunu da etdi - VİDEO

Yol polisi bunu da etdi - VİDEO

 Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınının qanunsuz olaraq cərimə meydançasına salıb,  bu barədə Tofiq Zülfüqarov özü Facebook səhifəsində yazıb. Bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən  H.Əliyev prospektində  xoşagəlməz bir hadisə ilə üzləşib: 

"Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla  şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah maşının güclü uzaqvuran işıqları ilə  görmə qabliyyətinə mane olaraq gzümü kor edərək əsəbi- isterik bir  vəziyyət yaradıraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötüş əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yol sürət saatda 120 km/saat olduğu bir halda   məni ötən avtomobil sahibi tormoz etdi.  Başa düşdüm ki, qarşımdakı adekkvat  hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir”.
 
T. Zülfüqarov əlavə edib ki, bundan sonra yenidən ona işarə edərək, ötüş əməliyyatını həyata keçirərək  magistraldakı sağ cərgədə yer aldım. "Bundan sonra o, yenə məni ötərək qabağa getdi. Və hadisələr budan sonra tamamilə başqa məcrada inkişaf etdi” - deyə, sabiq nazir qeyd edib.

O deyib ki, yol patrul xidmətinin maşını məni saxlayaraq  yol hərəkət qaydalarını  pozduğumu bildirdi. "Məlum  oldu ki, mənim saxlanmağım barədə göstərişi bir az öncə yolda başıma oyun açan hansısa rütbəli məmur olub. Düzdür, yol polisi əməkdaşları çox hörmətlə  mənim sənədlərimi yoxladılar, daha sonra  içkili olub-olmamağımla bağlı test etdilər. Və gördülər ki, hər şey qaydasındadır və mən də içkili deyiləm”- deyə, o, vurğulayıb.

Yoxlamadan sonra yol polisləri  T. Zülfüqarova deyiblər ki, məhz həmən maşındakı Bakı Baş polis idarəsinin hansısa generalı olub: 

"Sənədlərin və  hər hansı qayda pozuntusunun olmadığına əmin olan polis  maşını cərimə meydançasına aparacaqlarını bildiriblər. Səbəbini soruşduqda – dedilər ki, əmrdir. Sizin avtomobil cərimə meydançasına aparılmalıdır. Çünki hansısa formada qayda pozuntusunu qeyd edə bilmirlər. Hətta, buna görə də mənə polis protokol təqdim etmədi. Mən onların əmrinə tabe olaraq maşını cərimə meydançasına qoyandan sonra, məni evə gətirdilər”.

T Zülfüqarov onu da qeyd edib ki,  adı bəlli olmayan generala anında ötüş əməliyyatını həyta keçirməsinə imkan vermədiyimə görə yaxşı ki, məni ailə üzvlərinin yanında güllələmək əmri verməyib: 

"Baxmayaraq ki, prezident Heydər Əliyev tərəfindən 1998-ci ilin yanvarın 15-də verdiyi diplomatik ranq general ranqından da yüksəkdir. Ancaq heç zaman bundan  nə üçünsə istifadə etmədim”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM