"YouTube Red” adlan xidmət üçün aylıq abunə haqqı 9,99 dollar təşkil edəcək. Servisə qoşulan istifadəçilər həmçinin internetə çıxış olmadan videoçarxlara baxmaq üçün onları yükləyə biləcəklər. Bununla yanaşı, istifadəçilər 2016-cı ildə bir sıra filmlərə və videolara eksklüziv baxmaq imkanı əldə edəcəklər.
Bundan başqa, abunəyə "Google Play Music”, "YouTube Gaming” servislərindən, eləcə də "YouTube Music” musiqi əlavəsindən istifadə imkanı daxil olacaq. ABŞ sakinləri oktyabrın 28-dən "YouTube Red” xidmətini pulsuz sınaqdan keçirə biləcəklər.
Qeyd olunur ki, əksər videoresurslardan istifadə əvvəllər olduğu kimi pulsuz olacaq, - "Lenta” yazır. //ictnews.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !