"Google" video paylaşım saytı olan "Youtube"u satın aldıqdan sonra videolarda reklam görmək istəməyənlər üçün pullu üzvlük modeli hazırlayır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, istifadəçilər video izləyərkən bezikdirən reklamlardan qurtulmaq üçün "Youtube"a pullu üzv ola bilərlər. Yaxın gələcəkdə istifadəyə veriləck modelə görə, bu zaman istifadəçi videoları reklamsız izləyəcəklər. İlk mərhələdə istifadəçilər aylıq 0.99 dollar ödəyəcəyi bildirilir, amma sonradan bu məbləğin artırılması gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !