Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu Y.Timoşenko bu gün Kiyevdə keçirdiyi brifinqdə bəyan edib. “Bəli, mən prezident seçkilərində iştirak etmək istəyirəm”, - deyə o vurğulayıb. Y.Timoşenkonun sözlərinə görə, o, martın 29-da “Batkivşina” partiyasının qurultayında onun prezidentliyə namizədliyinin irəli sürülməsini xahiş edəcək. Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !