Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.
Səfir və onun rəhbərlik etidyi nümayəndə heyəti Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə görüşüb. Rektor Elmar Qasımov N.Kanellosu uzaqgörən diplomat, peşəkar rəssam və gözəl yazıçı kimi tədbir iştirakçılarına təqdim edib.
Daha sonra rektor Azərbaycan və Yunanıstanın təhsil sahəsində olan uğurlu əməkdaşlığından danışıb. O bilidirb ki, BANM-in bu il 5 nəfər tələbəsi hazırda Afina şəhərində yerləşən Pirey Tətbiqi Elmlər İnstitutunda təhsil alır və növbəti ilin fevral ayında daha 5 tələbənin göndərilməsi nəzərdə tutulur.
Görüş zamanı N.Kanellos tədbir iştirakçılarına iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb.
Həyatının 29 ildən çoxunu vətəndən kənarda yaşayaraq fəaliyyət göstərən N.Kanellos şəxsi inkişafdan, lidelikdən, yaradıcılıqdan danışıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib.
Görüş zamanı BANM tələbələri səfirin şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərərək ona çoxsaylı suallar ünvanlayıblar. Səfir tələbələrə "Nikos D.Kanellos Paintings” adlı rəsm əsərlərinin yer aldığı kitabı imzalayaraq hədiyyə edib.
Sonda Elmar Qasımov cənab Kanellosa Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !