Yunanıstanın baş naziri Azərbaycana gələcək

12:40 | 13.12.2013
Yunanıstanın baş naziri Azərbaycana gələcək

Yunanıstanın baş naziri Azərbaycana gələcək

Yunanıstanın baş naziri Antonis Samaras gələn həftə Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı A. Samaras Azərbaycan prezidenti ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən yunan şirkəti DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması gözlənilir. Mərasimə qatılmaq üçün İtaliyanın baş naziri Enriko Letta da Azərbaycana gələcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM