• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Yusif Bağırzadə: "Siyasi islahatların həyata keçirilməsində dialoqun alternativi yoxdur"

Yusif Bağırzadə:
17.03.2020 12:19
"Parlament seçkilərindən sonra Prezident Adminstrasiyasının müvafiq şöbəsinin siyasi partiyalarla görüşlərinin şahidi oluruq ki, bu da olduqca təqdirəlayiqdir.
 
Əgər son dövrlərə qədər siyasi partiyalarla iş Prezident Adminstrasiyası şöbələrinin birinin tərkibində kiçik bir sektor vasitəsilə həyata keçirilirdisə, dəyişikliklərdən sonra siyasi partiyalarla əlaqələrə cavabdeh ayrıca bir şöbənin yaradılması, eləcə də şöbə rəhbərinin heç bir ayrıcalıq tanımadan bütün siyasi partiyalarla görüşlərə cəhd etməsi alqışlanmalıdır".

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, keçirilən görüşlər nə qədər tanışlıq xarakterli olsa da, bu görüşlərdə siyasi partiyalara müvafiq təkliflərə çıxış etmək imkanları da tanınır. Eyni zamanda parlamentin yeni tərkibdə ilk iclasında Prezidentin çıxışından da görünür ki, görüşlərlə bağlı təklif birbaşa Prezident tərəfindən verlib və o özü də bu görüşlərə xüsusi önəm verir:
 
"Siyasi islahatların keçirilməsinin vacibliyinə toxunan Prezident bu mərhələdə bütün tərəflərlə dialoqun mühümlüyünə də toxundu ki, bunun özü də qarşımızda duran dövrdə Azərbaycanda artıq demək olar ki, sıradan çıxmış partiyalaşma institutunun yenidən bərpa olunacağı ilə bağlı nikbin proqnozlar verməyə imkan verir. Siyasi partiyaların önəminin artırılması ilə bağlı ilk addım isə artıq atılıb. Parlamentin rəhbərliyinin formalaşmasında, eləcə də komitələrin rəhbərliyinin tərkibində parlament müxalifəti təmsilçilərinin rəhbər vəzifələrə gətirilməsi buna ən yaxşı nümunədir".

Y. Bağırzadə deyib ki, islahatların alternativinin olmadığı kimi, siyasi islahatların da həyata keçirilməsində dialoqun alternativi yoxdur.

"Lakin təəssüf ki, yenə də həmişə olduğu kimi bu təşəbbüsə kölgə salmaq istəyən siyasi partiyalar da tapıldı. Müvafiq görüşlərdən imtina yolu tutmuş bəzi siyasi partiyalar növbəti dəfə Azərbaycanda sağlam dialoq mühitinin formalaşması və xüsusən də problımelərin danışıqlar və müzakirələr yolu ilə aradan qaldırılmasında maraqlı olmadıqlarını ortaya qoydular ki, bu da cəmiyyətin bütün sağlam düşüncəli təbəqələri tərəfindən qınanmalıdır.
 
Bu kimi təşəbbüslərə qapalı olan və onsuz da kövrək olan cəmiyyəti radikal addımlara sürükləyən siyasilər başa düşməlidilər ki, istənilən cəmiyyətdə dayanıqlı və davamlı inkişafa inqlablar və xaos yolu ilə deyil məhz dialoq əsasında həyata keçirilən islahatlar vaistəsi ilə nail olmaq mükündür", - deyə politoloq qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol