Turinin "Yuventus” klubu "Genoa” klubunun qapıçısı Mattia Perini öz heyətinə qatıb.
anews.az xəbər verir ki, bu haqda "qoca sinyora”nın rəsmi saytında məlumat yayılıb.
25 yaşlı qolkiperlə bağlanmış müqavilənin müddəti 2022-ci ildə başa çatır. İtaliyalı qapıçının transfer qiyməti 12 milyon avro təşkil edir.
Bu məbləğin üç il ərzində veriləcəyi bildirilir. Müəyyən hallarda məbləğ 15 milyona qaldırıla bilər.
Perin "Genoa” klubunun yetirməsidir. Əsas heyətdə 2010-cü ildən çıxış edir. Ötən mövsüm 37 matçda meydana çıxıb, 11 oyunda qapısında qol buraxmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !