Deputat Zahid Oruc Türk Dövlətləri ilə birgə Yeni Türk Antiterror Mərkəzin Yaradılmasını təklif edib. Bu barədə deputat aprelin 5-də Milli Məclisdə çıxışnda bildirib.
"22 martda Crocus City Hall-da baş verən qətliamın hərbi
təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki,
kütləvi qəsdin sifarişçiləri bir nəfəri 60 dollara gülləboran etməklə hədəf
seçilən Rusiya ilə yanaşı, keçmiş sovet məkanında xaos yaymaq, dinlər və
millətlərarası konflikləri alovlandırmaq, miqrasiya axınlarına zərbə vurmaq, sərhədləri
bağlı saxlamaq istəyən dövlət dəstəkli qüvvələrdir. Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar,
o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir. Lakin hamı bilsin
ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona
görə təklif edirik ki, Türk Dövlətləri
Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni
terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın", - deputat deyib.
Martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Terror aktı Beslan faciəsindən sonra Rusiyada ən böyük terror aktıdır.
Bundan əvvəl, terror aktından sonra Rusiyada mədəniyyət obyektlərində yeni təhlükəsizlik tədbirləri tətbiq edilib.
Bundan əvvəl, terror aktından sonra Rusiyada mədəniyyət obyektlərində yeni təhlükəsizlik tədbirləri tətbiq edilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !