Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 46 yaşı tamam olur.
Axar.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əlismayıllı kəndində anadan olub.
1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə "Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.
Beynəlxalq Marşal Mərkəzində onlarla qeyri-hökumət təşkilatının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb.
Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !