Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə baxış keçirib.
Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik Zakir Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !