• $ 1.7
  • € 1.9904
  • ₽ 0.02121
  • ₺ 0.0416
  • £ 2.3058

Zakir Həsənov Ermənistanla sərhədə gedib əmr verdi

Zakir Həsənov Ermənistanla sərhədə gedib əmr verdi
17.09.2018 20:27


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan müdafiə naziri, vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib.

Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransa Azərbaycana yeni səfir təyin edib
Siyasət 23:31
Fransa Azərbaycana yeni səfir təyin edib
Hikmət Hacıyev türkiyəli səfirlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Siyasət 20:25
Hikmət Hacıyev türkiyəli səfirlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb
Siyasət 20:00
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakıda Litva səfirinin müavini işə başlayıb
Siyasət 17:35
Bakıda Litva səfirinin müavini işə başlayıb
MDB Azərbaycan və Ermənistanın daha fəal iştirakını gözləyir
Siyasət 15:06
MDB Azərbaycan və Ermənistanın daha fəal iştirakını gözləyir
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 16:05
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan XİN İndoneziyanı təbrik edib
Siyasət 17:48
Azərbaycan XİN İndoneziyanı təbrik edib
Ceyhun Bayramovla Andrey Sibiqa arasında telefon danışığı olub
Siyasət 15:47
Ceyhun Bayramovla Andrey Sibiqa arasında telefon danışığı olub
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib
Siyasət 12:35
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol