Müdafiə naziri Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.
Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq Zakir Həsənov ziyarətçilər kitabını imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !