Zakir Həsənov komandirlərə tapşırıq verdi - FOTO

16:30 | 16.09.2014
Zakir Həsənov komandirlərə tapşırıq verdi - FOTO

Zakir Həsənov komandirlərə tapşırıq verdi - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlimlər mərhələli surətdə sentyabrın 20-dək davam edəcəkdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür