Publika.az xəbər verir ki, müdafiə nazirləri protokol fotosu çəkdirərkən, Z.Həsənov iclasda Ermənistanı təmsil edən bu ölkənin müdafiə nazirinin birinci müavini Artak Zakuryandan bir qədər kənarda dayanıb.
Azərbaycan nazirinin bu addımı ilk növbədə işğalçı ilə çiyin-çiyinə dayanmaq istəməməsindən irəli gəlir və bununla işğalçıya öz yerini göstərir. Eyni zamanda, müdafiə nazirinin bu hərəkəti həm də dövlət bayrağımıza etimaddır. Belə ki, nazir bu addımı ilə Azərbaycan bayrağının fotoda tam görünməsini təmin edir.
Ermənistan mediası isə Z.Həsənovun bayrağımıza göstərdiyi etimaddan və erməni məmurla çiyin-çiyinə dayanmaq istəməməsindən qıcıqlanıb.
"Azərbaycanın müdafiə nazirləri həmişə Ermənistan nümayəndələri ilə yan-yana dayanmaqdan imtina edir. Bu protokola ziddir”, - deyə ermənilər şikayətlənib.
Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri Şurasının iclasında da Z.Həsənov Ermənistan müdafiə naziri Viqen Sarkisyanla yan-yana dayanmaqdan imtina edib, həmçinin, bu addımı ilə Azərbaycan bayrağının tam şəkildə görünməsinə şərait yaradıb.
Asif
Яндекс.Директ
Виза в Си
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !