Müdafiə naziri Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - "TEKNOFEST 2024” festivalında iştirak edib.
Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !