Zakir Həsənovdan mühüm qərar

10:16 | 07.03.2017
Zakir Həsənovdan mühüm qərar

Zakir Həsənovdan mühüm qərar

Azərbaycanda hərbçi ailələrinin çoxdan gözlədiyi xəbər

Zakir Həsənov tapşırıq verdi

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.


Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.


Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM