Baş prokuror Zakir Qaralov Bərdə rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 24-də saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !