2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.
Anews.az "qafqazinfo”ya istinadən xəbər verir ki, o, 4 ildir əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A. Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətirilib.
Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən "Mila Displastik sindrom” diaqnozu qoyulub. O, Türkiyənin "Florence Nightinale” xəstəxanasında müalicə alırdı.
Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !