• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Zaqataladakı zəlzələ ilə bağlı açıqlama

Zaqataladakı zəlzələ ilə bağlı açıqlama
30.06.2014 09:36
“Zaqatala rayonunda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat daxil olmayıb. Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərin ərazilərinə baş çəkirik”. Bunu APA-ya açıqlamasında  Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib. E. Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”. APA-nın yerli bürosunun əməkdaşının bildirdiyinə görə, bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb. Zaqatala rayon Mərkəzə Xəstəxanasindan APA-ya bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: “Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”.       Qax rayon İcra Hakimiyyətindən də APA-ya bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və təlafat olması barədə məlumat daxil olmayıb: “Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məljumat var”.     Qax rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol