Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbi ilə aparılan təmir işləri başa çatıb.Bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda suyun durulma prosesi gedir:
"Bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !