Zaur Mirzəyevin rəsmlərində Vətən sevgisi - MÜSAHİBƏ+FOTO

17:40 | 12.03.2014
Zaur Mirzəyevin rəsmlərində Vətən sevgisi - MÜSAHİBƏ+FOTO

Zaur Mirzəyevin rəsmlərində Vətən sevgisi - MÜSAHİBƏ+FOTO

Rüstəm QasımovBu günlərdə Alman-Azərbaycan mədəni birliyi sayılan "Kapelxaus"da rəssam Zaur Mirzəyevin "Vətən" adlı şəxsi sərgisi keçilib.Şuşada doğulmuş Zaur Mirzəyev 1992-ci ildə Əzim Əzimzadə adına bədii məktəbi, sonra isə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Onun rəsmləri xarici ölkələrin bir sıra sərgilərində nümayiş etdirilib və böyük maraqla, anlayışla və hərarətlə qarşılanıb.Müəllifin əl işləriylə tanış olarkən diqqət etdim ki, Mirzəyevin yaradıcılığında əsas yeri qrafika tutur, çünki sərgiyə çıxarılmış rəsmlərin əksəriyyətini məhz belə işlər təşkil edirdi. Mən həmçinin müəllifin individual fərqləndirici üslubuna diqqət yönəltdim, o, adi və məşhur adamların portretlərini, gözəl mənzərələri və tarixi arxitektura abidələrini çəkərkən öz üslubuna sadiq qalmışdı.ANN.Az paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Zaur Mirzəyevlə müsahibəni oxucuların diqqətinə təqdim edir.- Təsviri incəsənətlə nə vaxtdan maraqlanırsınız?- Təsviri incəsənətlə çoxdan maraqlanıram. Rəssamlıq fakültəsini bitirməyimə baxmayaraq, qrafik janrda təxminən 13 il işləmişəm. Buna görə sərgidə biz 37 iş təqdim etdik, bunların da əksəriyyətini qrafika təşkil edir. Gördüyünüz kimi, burada rənglə çəkilmiş bir neçə rəsm əsəri var. Sonuncu rəsmim olan "Xarı Bülbül"ü mən çoxillik fasilədən sonra yağlı boya ilə çəkmişəm.  Qeyd etmək istərdim ki, mən fırçadan istifadə etmirdim, mastixinlə işləyirdim. Niyə fırçayla deyil, məhz mastixinlər? Çünki rəssamların əksəriyyəti və bir çox böyük ustalar öz rəsmlərini məhz fırçayla çəkiblər. Rəssamlar isə masxitini tez-tez istifadə etmir, buna görə də öz üsubunu yaratmağa imkan verir. Mən öz texnikamı tədricən təkmilləşdirirəm və heç vaxt nail olduğumla qane olmuram.- Zaur müəllim, rəsm çəkərkən istifadə etdiyiniz texnikadan danışardınız.- Texnikaya gəlincə, bunda qeyri-adi heç nə yoxdur. Öz işimdə mən qrafika üçün incə lələkdən istifadə edirəm, lələyi isə saxlanc vəzifəsini yerinə yetirən qulpa birləşdirirəm. Qrafika üçün lələk kifayət qədər elastik alətdir, bu da müxtəlif qalınlıqlı xəttlər qoymağa imkan verir. Rəng kimi isə tuşa üstünlük verirəm.- Rəsmlərə uzaqdan baxarkən, elə təəssürat yaranır ki, bu, adi ağ-qara rəsmdir və yalnız daha da yaxınlaşarkən, çoxlu sayda xırda yuvarlaq xətlərə fikir verməyə başlayırsan.- Mənim üslubumun özəlliyi də elə bunda gizlənir. Uzaqdan baxdıqda, qrafik iş həqiqətən şəkilə oxşayır, buna görə də yalnız şəkilə yaxınlaşdıqda bu və ya digər kompozisiyanın bütün mürəkkəbliklərinə diqqətlə baxıb xırda detalları görmək mümkündür. Diqqətlə baxdıqda, bir çox yuvarlaq xəttlər görmək mümkündür, onların arasında mən güclə gözə çarpan ağ nöqtələr qoyuram, bu da xətlərin birləşməməsinə imkan verir və şəklə dəqiqlik əlavə edir. Parçanın kənarlarına gəlincə, burada da rəngdən istifadə etmirəm, yenə də tuşla işləyirəm.- Bir şəklin ərsəyə gəlməsinə nə qədər vaxt sərf edirsiniz?- Bu suala cavab vermək kifayət qədər çətindir. Bütün incəsənət xadimlərinin əksəriyyətində, ələxsus da rəssamlarda olduğu kimi, hər şey əhval-ruhiyyədən, arzudan və ruhlanmaqdan asılıdır. Böyük parçalar, təbii çox güc və vaxt tələb edir, həm öz ölçülərinə görə, həm də düşünülən kompozisiyaların mürəkkəbliyinə görə. Qeyd etmək istərdim ki, orta ölçülü şəkillər də az vaxt aparmır. Axı şəkil və onun tərkib elementləri bəzən o qədər mürəkkəb olur ki, zəhmətli iş uzun aylar işləməyi tələb edir. Buna görə də bir dəyərli kompozisiyanın yaradılmasına bir neçə aydan bir neçə ilə qədər vaxt gedə bilər. Ən sürətli işi sifarişlə yerinə yetirilmiş portret hesab etmək olar, buna bir həftə vaxt gedir. Amma bu, ümumiyyətlə eskizdir, bunun üzərində gərək bir müddət işləyəsən ki, əsl hazır məhsula çevrilsin.Elə anlar olur ki, mən rəsm çəkməyə başlayarkən, nəsə alınmır. Lələk sanki mənim sözümə qulaq asmaq istəmir. Onda mən tələsmirəm. Sadəcə, şəkli bir kənara qoyuram və başqa nəsə çəkməyə başlayıram. Vaxt keçdikdə isə, mənə yenidən ilham pərisi gəlir, şəklə baxıram və onda nəyin yerində olmadığını anlayıram, beləliklə də yaradıcılıq prosesi yenidən başlayır. Hər işimə ürəyimi qoymağa çalışıram, onu maksimum mükəmməlliyə çatdırmağa çalışıram, hərçənd, hər şəkildə rəssam nəsə bir çatışmazlıq buraxır, bu da şəklə baxan insanın öz təxəyyülünün imkanlarından istifadə edərək, düşünməyə imkan verir. Yəni hər işdə inkişaf və təkmilləşdirmə üçün perspektiv var. Buna görə də uzunluq heç də həmişə parçanın ölçüsündən asılı deyil, şəklin və kompozisiyanı təşkil edən elementlərin mürəkkəbliyindən asılıdır. Mənim emalatxanamda 4 il əvvəl başladığım işləri görmək mümkündür, amma mən onları hələ də bitirməmişəm. Onlar hələ də hazırlanma mərhələsindədirlər.Sən gördüyün işin alındığını gördükdə, bu, yeni işlərin yaradılması üçün stimul olur, sən özündə əminlik hiss edirsən və işdən-işə təkmilləşirsən. Nə vaxt sən görürsən ki, səndə alınır, bu yeni işlərin yaradılması üçün stimul olur, sən özündə əminliyi hiss edirsən və başqa bir işdən öz bacarıqlarını itiləyirsən. Mən əminəm ki, rəssam prosesin özündən həzz almalıdır, yalnız bu halda o, tamaşaçının ürəyinə toxuna biləcək rəsm çəkə bilər.- Sizin yaradıcılığınızda hansı mövzu əsas yer tutur?- Öz şəkillərim üçün mən müxtəlif süjetlər seçirəm. Məhdudlaşdırıcı çərçivələr qoymuram. Şəkillər arasında siz insanların, heyvanların, Bakı arxitekturasının şəkillərini görə bilərsiniz, amma əsas diqqəti mən həmişə Azərbaycan xalqının tarixi abidələrinə yönəldirəm. Mənim yaradıcılığımda əsas yerlərdən biri Qarabağ mövzusudur. "Şuşa qalası", " Xan qızı bulağı", "İçəri Şəhər", "İstehkamlar", "Gövhər Ağa Məscidi", "Şirvanşahlar" və bir çox başqa mövzularda mən qədim Azərbaycan torpağının və arxitektura tikintilərinin təkraredilməz gözəlliyini əks etdirməyə çalışıram. Buna görədə mən öz işimdə ölkəmizin müxtəlif regionlarının tarixi abidələrini təsvir etməyə çalışıram, bu abidələrdən hər biri özünə görə unikaldır və fərqləndirici xüsusiyyətlərə malikdir.- Rəsmlərin çəkilməsinə gündə nə qədər vaxt sərf edirsiniz?- Müxtəlif. Boş vaxtım olduqda, gündə 2-3 saat yaradıcılığa vaxt ayıra bilərəm. Amma elə olur ki, mən cəmi 20-30 dəqiqə ilə kifayətlənirəm. Bu, vaxt çatışmazlığıyla bağlıdır, çünki qrafika mənim fəaliyyətimin əsas növü deyil, çünki mən müəllimlə işləyirəm.-  Sizin sərgiyə çıxarılmış rəsmləriniz satılırmı, əgər satılırsa, onda neçəyə?- "Şuşa qalası", "Xan qızı Bulağı" və "İstehkamlar" kimi böyük əl işləri təxminən 2000 manat dəyərindədir. Orta ölçülü şəkillər 500-600 manat dəyərindədir. Ən ucuz iş 250-300 manatdan başlayır. Şəklin qiyməti ona sərf olunan zəhmət və vaxtla bağlıdır.- Zaur müəllim, müsahibəyə görə təşəkkür edirik, sizə yaradıcılıq fəaliyyətinizdə uğurlar və yeni sərgilər diləyirik.- Təşəkkür edirəm.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb