Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətini nəzərdən keçirmək lazımdır deyərkən "ölkəsinin baş nazirinin bəyanatlarını diqqətsiz izlədiyini sübut edib”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır.
"30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun aktuallığını, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla özlərini dəfələrlə təsdiqləyiblər”, - o qeyd edib.
Zaxarovanın fikrincə, sərhədçilərin Ermənistan ərazisindən çıxması respublikanın təhlükəsizliyinə mənfi təsir göstərəcək.
Zaxarova həmçinin bildirib ki, Ermənistan parlamentinin spikeri "belə məsələləri müzakirə edəcək qədər səriştəli deyil”.
Onun sözlərinə görə, "bu məsələdə biz Ermənistanın sərhədini həqiqətən qoruyanlara səs verməli və rahat kreslolarda oturmamalıyıq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !