"Biz SOCAR-ın Özbəkistanda neft və qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq”, - Kudratov bildirib.
O , həmçinin bunun "Şahdəniz” layihəsinə aid olduğunu əlabə edib.
Onun sözlərinə görə, sazişin detalları ilə bağlı danışıqlar prosesi davam edir.
"Ümid edirik ki, bu, tezliklə baş verəcək”, - nazir sazişin imzalanma vaxtı ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
Eyni zamanda Kudratov əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri hazırlanır.
"Əlbəttə, biz bu səfərin məzmunlu olmasında maraqlıyıq”, - o qeyd edib.
"Layihə mürəkkəbdir və hüquqi ekspertiza tələb edir. Bu prosesə xarici məsləhətçilər də cəlb olunub, lakin biz perspektivlərə nikbin baxırıq”, - nazir vurğulayıb.
"Şahdəniz” yatağından kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb, 1996-cı il oktyabrın 17-də ratifikasiya edilib. 2013-cü ildə "Şahdəniz” yatağının işlənməsi üzrə sazişin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
Layihədə iştirak edən şirkətlər BP (operator - 29,99%), Lukoil (19,99%), TPAO (19%), NIKO (10%), SGC Upstream (21,02%) şirkətləridir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !