İngiltərənin "Mançester Siti" klubunun braziliyalı müdafiəçisi Danilo ötən gün ölkəsinin milli komandasının Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnməsi ilə əlaqədar əvəzlənərkən meydanı ağlayaraq tərk edib.
Anews.az AZƏRTAC-a istinadən bildirir ki, futbolçu 53-ci dəqiqədə Fabinyo ilə əvəzlənib. Onun meydanı tərk etməsinə baxmayaraq, oyun "pentakampeonlar"ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə Miranda vurub. Bu qol İtaliyanın "İnter" klubunun müdafiəçisinin milli komandanın heyətində üçüncü qolu olub.
Qeyd edək ki, Braziliya və Argentina milliləri ümumilikdə 115 dəfə qarşılaşıblar. Oyunların 46-sı braziliyalıların, 43-ü argentinalıların qələbəsi ilə başa çatıb. Komandalar 26 dəfə heç-heçəyə razı olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !