• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Zelenski müharibədə ölən uşaqların sayını açıqlayıb

Zelenski müharibədə ölən uşaqların sayını açıqlayıb
31.05.2023 14:04
Rusiya Ukrayna müharibəsində ən azı 483 uşağı öldürülüb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı konfransda məlumat verib.
 
Məlumata görə, daha minə yaxın ukraynalı uşağı şikəst qalıb.
 
"Rusiyanın təcavüzü və terroru 15 aydır ki, təkcə binaları dağıtmır, əsas insan haqlarını, uşaqlarımızı, ətraf mühit, təhsil, səhiyyə, istirahət və asudə vaxt hüququnu məhv edib. Rusiya ən azı 483 ukraynalı uşağın həyatını əlindən alıb. Bunlar bizim dəqiq bildiyimiz talelərdir. Rusiya daha minə yaxın uşağı şikəst edib” - Zelenski vurğulayıb.

Apreldə BMT Rusiyanın başlatdığı müharibə nəticəsində Ukraynada 500-dən çox uşağın öldüyü barədə məlumatı təsdiqləyib.
 
Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. 
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Ayişə Zahid

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol