Zelenski Rusiya ilə münaqişəyə son qoymağa çağırıb

15:07 | 06.09.2024
Zelenski Rusiya ilə münaqişəyə son qoymağa çağırıb

Zelenski Rusiya ilə münaqişəyə son qoymağa çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski 2025-cı ilin payızınadək Rusiya ilə münaqişəyə son qoymağı təklif edib.  Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

"Rusiya və Ukrayna arasındakı münaqişənin gələn ilin payızda başa çatması etibarlı beynəlxalq təhlükəsizlik nizamının bərpasına kömək edəcək”, Ukrayna prezidenti Volodimir Zelenski vurğulayıb. 

Həmçinin prezident Qərb tərəfdaşlarını münaqişənin sona çatmasına birgə kömək etməyə çağırıb.
 
2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür