Zəlzələ 3 mindən çox afterşoka səbəb olub -Ərdoğan

22:10 | 14.02.2023
Zəlzələ 3 mindən çox afterşoka səbəb olub -Ərdoğan

Zəlzələ 3 mindən çox afterşoka səbəb olub -Ərdoğan

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər 3000-dən çox afterşoka səbəb olub. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.

"13 milyon insanın yaşadığı əyalətlərimizdə 3170 təkanla baş verən zəlzələlər ciddi dağıntılara səbəb olub. Zəlzələnin dağıdıcı təsiri 500 km əraziyə yayılıb. Bu zəlzələlər yüzlərlə ən güclü atom bombasına bərabərdir. Birinci zəlzələ zamanı dağılan bəzi binalar ikinci zəlzələ zamanı dağılıb”, - Türkiyə lideri vurğulayıb.


Onun sözlərinə görə, zəlzələlər nəticəsində 35 418 nəfər ölüb.
 
Beləliklə, 6 fevral zəlzələləri Türkiyənin müasir tarixində ən dağıdıcı zəlzələ oldu.
 
Türkiyədə əvvəlki ən dağıdıcı zəlzələ 1939-cu ildə Ərzincan şəhəri yaxınlığında baş vermiş, 33 minə yaxın insan fəlakətin qurbanı olmuşdu.

Türkiyə hakimiyyəti ilk mərhələdə zəlzələdən zərər çəkmiş bölgələrdə 30 min evi bərpa etməyi planlaşdırır.
 
Prezident bildirib ki, proses martda başlayacaq.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti