25 yaşlı şotlandiyal boksçu Maykl Touell 2016-cı ilin sentyabrın 30-da, uelsli Deyl Evansla qarşılaşmada ağır travma alaraq vəfat etmişdi.
Qlazqodakı "Radisson Blue" otelindəki döyüşdən xəstəxanaya aparılmış Touell reanimasiya bölməsində keçinmişdi.
Döyüşün birinci raundunda nokdauna düşən Maykl özünə gəlmiş və mübarizəni davam etdirmişdi. 5-ci raundda Evans onu yenidən nokdauna salanda referi matçı dayandırmışdı.
Karyerası ərzində bir dəfə də məğlub olmayan, 11 qələbə və 1 bərabərlik əldə etmiş Maykl Touellin əvvəllər xəstə olduğu indi aşkarlanıb.
Həkimlər ona nəinki rinqə çıxmağı, hətta intensiv məşqləri yasaqlamışdılar.
Fəqət, Maykl bu xəbərdarlıqları qulaqardına vuraraq Evansla döyüşə çıxmışdı.
Mayklın anası Treysi Tauell o məşum gündən sonra ilk dəfə dünən reportyorların suallarını cavablayıb.
Britaniyanın ən istedadlı boksçularından biri sayılan Mayklın anası deyib: "Oğlum boksla yaşayırdı. Həkimlər də ona boksu yasaqlamışdılar. 2013-cü ilin mayında oğlum yatanda çarpayıdan yıxıldı. Vəziyyəti pis idi, özündə deyildi. Təcili yardım çağırdıq, Mayklı hospitala apardılar. Orada dedilər ki, epilepsiyası var, boksdan əl çəkməlidir. Maykl isə qulaq asmadı. Ağır məşqlər edir, sərt pəhriz saxlayırdı. Sonra da Evansla döyüşə çıxdı. Son döyüşü oldu"./milli.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !