Zərdabda narkotik yetişdirənlər saxlanıldı - Foto + Video

19:00 | 25.07.2021
Zərdabda narkotik yetişdirənlər saxlanıldı - Foto + Video

Zərdabda narkotik yetişdirənlər saxlanıldı - Foto + Video

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası, saxlanılması və satışı ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Pərvanlı kənd sakinləri Yusif Qədirov, Azər Abdullazadə, Cahandar Cəfərquliyev və Gülağa Sədizadə saxlanılıblar. Onların aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 21 ədəd çətənə kolu və satış məqsədi ilə qablaşdırdığı qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

 

 

 
 
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb