AFFA İntizam Komitəsi Topaz Premyer Liqaı təmsilçisi "Zirə"yə texniki məğlubiyyət verib.
Oxu.Az xəbər verir ki, "Səbail” – "Zirə” matçında qonaq komandanın heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir.
"Zirə” protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə oyunun nəticəsi (1:1) ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan əlavə Premyer Liqanın IV turunun "Qarabağ” – "Sumqayıt” matçı başa çatdıqdan sonra qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb.
Buna görə də Sumqayıt klubu 1600 manat cərimə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !