Ziya Məmmədov rəisi işdən çıxardı

12:05 | 15.04.2015
Ziya Məmmədov rəisi işdən çıxardı

Ziya Məmmədov rəisi işdən çıxardı

Nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib. 

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Ziya Məmmədovun digər əmri ilə onun yerinə isə Elman adlı şəxs təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir.

İdarənin  əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək,  müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb