Ziya Məmmədovun ailəsində FACİƏ

11:32 | 28.08.2014
Ziya Məmmədovun ailəsində FACİƏ

Ziya Məmmədovun ailəsində FACİƏ

Nəqliyyat nazirinin qardaşı qızı ağır qəzada ölüb 

 

“Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun ailəsində ağır itki baş verib.

ANN.Az-ın oxu.az-a istinadən məlumatına görə,  dünən axşam saatlarında Bakı-Quba magistral yolunda Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobilinin ağır yüklü maşınla toqquşması nəticəsində xanım dünyasını dəyişib.

Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

“Garant Holding”in bütün heyəti Emil Ələsgərova üz vermiş ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verir və kədərini bölüşdüyünü bildirir.

Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.

Allah rəhmət eləsin!

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür