Masallı şəhərindən "Salam Tur” adlı şirkətlə ziyarətə gedən 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu həbs olnub.
Bu barədə Sputnik Azərbaycan-a onun yaxınları məlumat verib.
Bildirilib ki, onlara Hüseynin həbs edilməsi ilə bağlı müxtəlif fikirlər deyilir: "Ancaq biz bilirik ki, namaz qılan, dindar olan bir şəxs belə addımlar atmaz. Gah deyirlər, taksi qaçırıb, gah deyirlər, maşın oğurlayıb, gah da deyirlər ki, kiminsə avtomobilində yatıb. Konkret heç nə bilmirik”.
"Deyirlər ki, güya, Hüseyn ziyarət zamanı gecə havanın soyuq olduğu üçün tanımadığı bir maşına oturaraq özünü soyuqdan qorumağa çalışıb. Hüseyni maşında yuxu tutub və yatıb. Digər bir maşın isə onun yatdığı maşına çırpılıb. Elə bu zaman hadisə yerinə gələn hüquq -mühafizə orqanları Hüseynin yatdığı maşının düzgün istiqamətdə saxlanmadığını əsas gətirərək günahı həmin maşında görüb. Daha sonra Hüseynin yatdığı maşın sahibi hadisə yerinə gələrək bildirib ki, Hüseyni tanımır və maşını da burada saxlamayıb. Bir sözlə, maşını Hüseyn qeyri-qanunu olaraq idarə edən zaman bu hadisə baş verib. Maşının sahibi dəymiş ziyanın dərhal ödənilməsini tələb edib. Hesablama zamanı məlum olub ki, Hüseyn zərərçəkənə, ümumilikdə 6800 dollar ziyan vurub. Hüseyn bu dəymiş ziyanı ödəyə bilmədiyi üçün onu zindana salıblar”, – deyə qeyd ediblər.
H.Fətullayevin yaxınlarının sözlərinə görə, 2 gündür ki, o, həbsdə saxlanılır: "Orada Hüseynin vəziyyəti yaxşı deyil. Oranın qanunlara görə, həbsxanada yemək də verilmir, yalnız gün ərizində 2 dəfə şərbət verilir. Təbii ki, fiziki cəhətdən bir insanın buna dözmü də çox tab gətirə bilməz. Hal-hazırda ümid edirik ki, zəvvarları ziyarətgaha aparan Salam Tur şirkəti bizə kömək edəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !