Zukerberq Bodrumda - FOTO

10:44 | 03.04.2014
Zukerberq Bodrumda - FOTO

Zukerberq Bodrumda - FOTO

"Facebook"un müdiri Mark Zukerberq Türkiyə Muğla vilayətinin Bodrum rayonunda tətildə olub.ANS PRESS-in xəbərinə görə, "Facebook"un qurucusu və müdiri Mark Zukerberq həyat yoldaşı Prisçilla Çan ilə birlikdə Bodrumda tətil edib.Onun üç günlük tətil üçün Yunanıstanın İstanköy adasından Bodruma keçdiyi bildirilib. Dünyanın ən gənc varlı şəxsləri arasında yer alan Zukerberqin yaxtası Bodrum qalası sahillərinə yan alıb. Sahilə çıxan Zukerberq həyat yoldaşı Prisçilla Çan ilə Kumbahçə sahilində gəzib, mənzərəli bir kafedə oturararq Türk qəhvəsi içib.O, kafedə istirahət zamanı pərəstişkarları ilə şəkil də çəkdirib. Markın 3 günlük tətildən sonra Rodos adasına getdiyi bildirilir.Onu da qeyd edək ki, Mark Zukerberq və Prisçilla Çan cütlüyü 2013-cü ildə ABŞ-da ən səxavətli xeyriyyəçi olmuşdular.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM