Zukerberq qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıdı

20:45 | 11.02.2015
Zukerberq qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıdı

Zukerberq qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıdı

Facebook sosial şəbəkəsi qondarma "Dağlıq Qarabağ Respublikası”nın "hökuməti”nin səhifəsini təsdiq edib. 

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə artıq separatçıların rəsmi səhifəsi mövcuddur. 

"Bunu əla nailiyyət hesab edirəm, belə ki, bununla sosial şəbəkə rəsmi olaraq "DQR hökuməti”nin səhifəsini tanıdı”, - qondarma "Dağlıq Qarabağ Respublikası”nın "baş naziri” Artak Beqlaryan öz səhifəsində yazıb. 

Qeyd edək ki, Azərbaycanda Facebook sosial şəbəkəsinin 1.5 milyona yaxın istifadəçisi var və şəbəkənin bu addımı ölkədə olduqca neqativ qarşılanacaq. 

Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bunu Facebook-un da qanunlarına tabe olduğu ABŞ da tanıyır. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM