Özünü atan polislə bağlı yeni xəbər

13:43 | 09.03.2018
Özünü atan polislə bağlı yeni xəbər

Özünü atan polislə bağlı yeni xəbər

Dünən Tovuz rayon Polis Şöbəsində özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, 48 yaşlı Tofiq Şükürov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı aparılan cinayət işinin istintaqı çərçivəsində ifadə verməyə çağırılıbmış. Onun şahid, yaxud şübhəli şəxs qismində şöbəyə gətirildiyi məlum deyil.

Bildirilir ki, T.Şükürov dəhlizdə olarkən pəncərəni açaraq özünü aşağı atıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, fevralın 24-də Tovuz şəhəri Mərdan Musayev küçəsindəki 7 otaqlı evdə 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu ilə həyat yoldaşı Mirzəyeva Pakizə Şəmşad qızının qismən yanmış meyiti tapılıb. Onların qəsdən öldürüldüyü və izin itirilməsi məqsədi ilə yandırıldığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti