Ermənistanda qızılcaya yoluxanların sayı 46 nəfərə çatıb

Ermənistanda qızılcaya yoluxma hallarının sayı 46-ya çatıb. Bu barədə Ermənistan mediasına ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, onlardan 15-i xəstəxanaya yerləşdirilib, 14-ü evə buraxılıb.
Yoluxmuş 46 nəfərdən 43-ü peyvənd olunmamış, 3-ü bir doza ilə peyvənd olunub.
Qızılcaya qarşı peyvəndlər 1 və 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Bildirilir ki, qızılcaya qarşı planlı peyvənd almamış uşaqların valideynlərini qeydiyyat poliklinikası ilə əlaqə saxlamağa və uşaqlarını peyvənd etdirməyə çağırıb.
www.anews.az
Similar news
Similar news