Peşə etikası
1. VƏZİFƏ VƏ MƏQSƏDLƏR
Anews.az xəbər portalı müstəqil informasiya resursu, kommersiya layihəsidir.
Saytın əsas məqsədi etibarlı informasiya hazırlamaq və vacib hadisələri beynəlxalq
standartlara
uyğun işıqlandırmaqdır. Biz öz oxucularımıza balanslı xəbərlər verməklə düzgün nəticələr
çıxarmağa və hadisələri dəyərləndirməyə şərait yaradırıq.
Dəyərlərimiz qərəzsizlik, balanslılıq, etimad və faydalılıqdır.
Qərəzsizlik - hər hansı hadisəni ona münasibət bildirmədən, neytral mövqedən
işşıqlandırmaqdır.
Balanslılıq - biz işıqlandırdığımız bütün hadisələrin iştirakçılarına eyni özünü ifadə etmək
imkanı veririk.
Etimad – doğru və dəqiqləşdirilmiş xəbər verməklə oxucumuzun etimadını qazanmaqdır.
1. PRİNSİP, QAYDA və STANDARTLARIMIZ
Baş redaktor redaktorların və jurnalistlərin Kodeksə riayət etməsinə məsuldur. 1 Müstəqillik
Anews.az müstəqil media orqanıdır. Mövzu seçərkən əsas meyar oxucu marağıdır. Vəzifəmiz
oxuculara Azərbaycanda və dünyada baş verən mühüm hadisələri izah etmək, ən uyğun formatda
etibarlı, hərtərəfli və obyektiv xəbər çatdırmaqdır. İşimizdə şəxsi siyasətçilərin, iş
adamlarının, şirkətlərin, ictimai təşkilatların maraqlarını deyil, Anews.az-ın standart və
qaydalarını rəhbər tuturuq. 1.1. Redaksiya müstəqilliyi
Anews.az-ın idarəetmə orqanı və reklam bölümü redaksiya siyasətinə müdaxilə etmir. Redaksiya
siyasəti ilə bağlı qərarları Redaksiya Şurası verir. Mübahisəli hallarda Kodeksin qayda və
prinsipləri əsas götürülür. 1.2. Redaksiya Şurası və fəaliyyəti
- Redaksiya Şurası - redaksiya siyasəti, redaksiya fəaliyyəti, planların hazırlanması ilə bağlı
qərarlar verir, ən çətin və mübahisəli məsələlərdə qərar qəbul etmək işində portalın
rəhbərliyinə köməklik göstərir;
6 MEDİA KODEKSİNİN TƏTBİQİ
- Anews.az-ın redaksiya fəaliyyətini tənzimləyən bu Kodeks 1 mart 2023-cü il tarixindən
qüvvədədir və ondan əvvəlki tarixə şamil edilmir.
- Qüvvədə olan Kodeksə hər hansı dəyişiklik redaksiya Şurasında səs çoxluğu ilə təsdiqlənməli, daha sonra bütün əməkdaşlar məlumatlandırılmalıdır.
- Qüvvədə olan Kodeksə hər hansı dəyişiklik redaksiya Şurasında səs çoxluğu ilə təsdiqlənməli, daha sonra bütün əməkdaşlar məlumatlandırılmalıdır.
Anews TV
Our official Youtube channel