• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

“EBRD”nin prezidenti və “Bank Respublika”nın rəhbərliyi müqavilə imzalayıb

“EBRD”nin prezidenti və “Bank Respublika”nın rəhbərliyi müqavilə imzalayıb
19.09.2022 18:05
Bakı, 19 sentyabr 2022. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb. Qeyd etmək lazımdır ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.

Yeni saziş çərçivəsində EBRD Bank Respublika üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.

Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram "Bank Republika”ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək

""Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız Bank Respublika ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək”- EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.
"Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq ”- deyə "Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Similar news
Similar news
ABB eSIM Service Launched!
Business 17:15
ABB eSIM Service Launched!
Kapital Bank Hosts “Smart Money Talks” Session for School Students
Business 17:05
Kapital Bank Hosts “Smart Money Talks” Session for School Students

Subscription to ABB Bank Bonds Successfully Completed!
Business 17:03
Subscription to ABB Bank Bonds Successfully Completed!
Gold prices have increased
Business 17:00
Gold prices have increased
Azerbaijan posts $487.7 mln trade surplus in January 2026
Business 16:30
Azerbaijan posts $487.7 mln trade surplus in January 2026

Brent crude price exceeds $116
Business 15:00
Brent crude price exceeds $116
Azerbaijan’s transport and storage sector sees 2.6% growth in Jan-Feb 2026
Business 14:00
Azerbaijan’s transport and storage sector sees 2.6% growth in Jan-Feb 2026

Stay supported this holiday with Yelo Bank’s special schedule
Business 13:40
Stay supported this holiday with Yelo Bank’s special schedule

Bank Respublika and EIB Global sign a credit agreement using the Central Bank’s hedging mechanism
Business 13:11
Bank Respublika and EIB Global sign a credit agreement using the Central Bank’s hedging mechanism
Anews TV

Our official Youtube channel

Subscribe