Melaniya Tramp Baydeni 1 milyard dollarlıq iddia ilə hədələyib

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Hanter Baydeni Ceffri Epşteyn işi ilə bağlı böhtan xarakterli fikirlərə görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyib. Bu barədə Fox News onun vəkilinə istinadla xəbər yayıb.
Avqustun 5-də “Hunter Biden Returns” adlı YouTube videosunda Hanterin “Epşteyn Melaniyanı Trampa tanıtdı” şəklində ifadələr işlətməsi Melaniyanın etirazına səbəb olub.
Onun vəkili bu fikirlərin yalan və nüfuzdan salıcı olduğunu bildirib.
Məktubda göstərilir ki, əgər Hanter Bayden avqustun 7-dək bu iddiaları rəsmi şəkildə təkzib etməzsə, Melaniya Tramp ona qarşı məhkəmə iddiası qaldıracaq.
N.Təbrizli