Mery Tramp ABŞ prezidentində Altsheymer xəstəliyinin olduğunu ehtimal edir
ABŞ prezidenti Donald Trampın qardaşı qızı, klinik psixoloq Mery Liya Tramp dövlət başçısında Altsheymer xəstəliyinin əlamətlərinin ola biləcəyini iddia edib.
"New York Magazine" jurnalına müsahibəsində o, Trampın üz ifadəsinin ona ömrünün son illərində bu xəstəlikdən əziyyət çəkən atası Fred Trampı xatırlatdığını bildirib.
Bundan əvvəl ABŞ-ın səhiyyə naziri Robert Kennedi (kiçik) prezidentin qida vərdişlərini tənqid etsə də, onun yüksək enerjisini qeyd etmişdi. Donald Tramp isə öz növbəsində 2025 və 2026-cı illərdə keçdiyi koqnitiv testlərin nəticələrinə əsaslanaraq, sağlamlıq vəziyyətinin "əla" olduğunu bəyan edib.
Latest news
More news