FHN-dən əhaliyə xəbərdarlıq: Güclü leysan və sel gözlənilir
Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəsizlik qaydalarına riayət etməklə bağlı əhaliyə müraciət edib. Vətəndaşlara güclü külək və tufan zamanı təhlükəli zonalardan, çay sahillərindən, dik yamaclardan, elektrik xətlərindən və hündür ağaclardan uzaq durmaq tövsiyə olunub. Sel təhlükəsi yarandıqda dərhal yüksək yerlərə qalxmaq, kiçikhəcmli gəmi istifadəçilərinə isə dənizə çıxmamaq tapşırılıb. Təhlükə zamanı "112" qaynar xəttinə zəng edilməlidir.
Последние новости
Еще новости