• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı

Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı
25.10.2020 18:30
Azərbaycanda fəaliyyət göstərən QHT beynəlxalq təşkilatlara Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara istifadə etməsinə dair müraciət ünvanlayıb.


Qaynarinfo xəbər verir ki, UNICEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun Prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin Prezidenti cənab Siddharta Kaula, Uşaq Müdafiə Fondunun icraçı direktoru


xanım Bharti Vahiyə, Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə ünvanlanan müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb, hərbi əməliyyatlar yenidən bərpa edilib.


"Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də  hərbi cinayət törətməkdə davam edir.


Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).


Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.


Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi  bir daha onu göstərir ki,  işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.


Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”, - müraciətdə bildirilib.


www.anews.az
Youtube
Перейти
Похожие новости
Похожие новости
Алиев поздравил Йотову
Политика 18:04
Алиев поздравил Йотову
Омбудсмен выразит официальную позицию по нападениям  на журналистов
Политика 13:00
Омбудсмен выразит официальную позицию по нападениям на журналистов
Противодействие новой конституции равносильно отказу от мира с Азербайджаном
Политика 13:20
Противодействие новой конституции равносильно отказу от мира с Азербайджаном
В соцсетях Алиева обзор о его деятельности за неделю
Политика 23:13
В соцсетях Алиева обзор о его деятельности за неделю
В МИД Азербайджана поздравили Алжир по случаю Дня революции
Политика 13:43
В МИД Азербайджана поздравили Алжир по случаю Дня революции
Президент Ильхам Алиев поздравил Алжир с 1 ноября - Днем революции
Политика 13:03
Президент Ильхам Алиев поздравил Алжир с 1 ноября - Днем революции
Азербайджан приветствовал выдвижение Феридуна Синирлиоглу на пост генсека ООН
Политика 16:33
Азербайджан приветствовал выдвижение Феридуна Синирлиоглу на пост генсека ООН
Закир Гасанов выразил соболезнования Яшару Гюлеру
Политика 13:24
Закир Гасанов выразил соболезнования Яшару Гюлеру
Азербайджан и Турция обсудили укрепление союзнических связей
Политика 19:01
Азербайджан и Турция обсудили укрепление союзнических связей
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости