Baş nazir: “Gürcüstanda müharibədən zərər çəkmiş 28 min Ukrayna vətəndaşı yaşayır”

"Gürcüstanda hazırda Rusiyanın hərbi müdaxiləsindən zərər çəkmiş 28 min Ukrayna vətəndaşı yaşayır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Varşavada keçirilən Ukraynaya yardımla bağlı konfransda çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstan Ukraynaya hava və quru yolla 500 tondan çox humanitar yardım göndərib.
Baş nazir Ukrayna və ukraynalılara yardım üçün 7 milyon ABŞ dollarının ayrıldığını bildirib. O qeyd edib ki, bu ilin sonuna qədər əlavə 7 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulub.
www.anews.az