• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da yaşayan diaspor aktivləri Həmrəylik Günü və Yeni il bayramını qeyd ediblər

ABŞ-da yaşayan diaspor aktivləri Həmrəylik Günü və Yeni il bayramını qeyd ediblər
31.12.2022 18:00
Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Nyu-York Azərbaycan Assosiasiyasının təşkil etdiyi gecədə ABŞ-ın müxtəlif şəhər və ştatlarında yaşayan həmvətənlərimiz iştirak ediblər.

Bu tarixin rəsmiləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun imzası ilə təsis edilən Həmrəylik Günü dünyada yaşayan soydaşlarımızın milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

ABŞ-da yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması bu ölkədə yaşayan hər bir azərbaycanlının amalı olmalıdır.

Gecədə çıxış edən Azərbaycan Xalq Cümhuriyyətinin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə bildirib ki, ümummilli lider Heydər Əliyev memarı olduğu güclü Azərbaycan diasporu onun layiqli davamçısı İlham Əliyevin səyləri nəticəsində daha da güclənib.

Solmaz Əlizadə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunduğuna görə ölkə başçısına təşəkkür edib.
Təntənəli tədbirdə Türk Sənət Musiqisinin ifaçısı, TRT İstanbul radiosunun solisti Selma Geçerin ifasında "Sarı gəlin”, "Çırpınırdı Qara dəniz" və ABŞ-da fəaliyyət göstərən gənc musiqiçi Samirin ifasında Azərbaycan milli musiqiləri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Gecədə tanınmış skripka ifaçısı maestro Ceyhun solo proqramla çıxış edib. Musiqiçinin ifa etdiyi əsərlər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə gənc rəqqasə, musiqi gimnaziyasının məzunu Arifə Axundova Azərbaycan milli rəqslərini layiqincə ifa edib. (report.az)

www.anews.az
Instagram
Перейти
Похожие новости
Похожие новости
Промежуточные выборы в США: демократы берут под контроль обе палаты Конгресса
В мире 09:37
Промежуточные выборы в США: демократы берут под контроль обе палаты Конгресса
Новый парламент Сербии намерен продолжить курс на вступление в ЕС
В мире 00:05
Новый парламент Сербии намерен продолжить курс на вступление в ЕС
В МИД Ирана заявили об отсутствии продвижений в переговорах с США
В мире 23:45
В МИД Ирана заявили об отсутствии продвижений в переговорах с США
Американским портам грозят миллионными штрафами, если примут российский дизель
В мире 23:23
Американским портам грозят миллионными штрафами, если примут российский дизель
В массовом ДТП в Армении погибли восемь человек
В мире 22:44
В массовом ДТП в Армении погибли восемь человек
Эдвардс Смилтенс второй раз избран спикером Сейма Латвии
В мире 22:24
Эдвардс Смилтенс второй раз избран спикером Сейма Латвии
Парламент Гренландии одобрил соглашение о безопасности с США
В мире 21:46
Парламент Гренландии одобрил соглашение о безопасности с США
Подозрение в госизмене бывшему пресс-секретарю Зеленского
В мире 21:44
Подозрение в госизмене бывшему пресс-секретарю Зеленского
США и Иран пошли на взаимные уступки для достижения промежуточного соглашения
В мире 21:03
США и Иран пошли на взаимные уступки для достижения промежуточного соглашения
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости