"Rosselxoznadzor" Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 2-dən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalına müvəqqəti məhdudiyyət tətbiq edəcək.Bu barədə qurumun yaydığı məlumatda deyilir.
Rosselxoznadzor bildirib ki, qərar Ermənistandan Rusiyaya meyvə tədarükü zamanı aşkarlanan pozuntuların artması ilə əlaqədar qəbul edilib.
Qurumun açıqlamasına görə, məhdudiyyətlər albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalını əhatə edir.
“Yaranmış vəziyyət Rusiya və Avrasiya İqtisadi İttifaqı ərazisinin fitosanitar təhlükəsizliyi, eləcə də Rusiyada sənaye bağçılığı, meyvəçilik və üzümçülüyün dövlət dəstəyi proqramlarının icrası üçün risk yaradır”, – məlumatda qeyd olunub.
Rosselxoznadzor məhdudiyyətlərin tətbiqi ilə bağlı planlarını mayın 28-də açıqlamışdı.
Последние новости
Еще новости