Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb
Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Buça rayonunda həlak olanların sayı 37 nəfərə çatıb.Bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, baş verən faciə ilə bağlı avqustun 30-u Kiyev vilayəti ərazisində matəm elan edilib.
Bildirilib ki, həlak olanlarla bağlı rəqəm son deyil, ərazidə işlər davam edir.
Daha 42 nəfər, o cümlədən 4 uşaq yaralanıb. Fövqəladə zonadan 400-ə yaxın insan təxliyə edilib.
İlkin məlumatlara görə, təxminən 50 yaşayış evinə ziyan dəyib.
Последние новости
Еще новости