Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunmasını ortaq prioritet adlandırıblar
Rumıniya və Türkiyə Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsini birgə prioritet elan ediblər. Bu barədə Rumıniyanın xarici işlər naziri Dan Nekuləesku türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi ilk telefon danışığının yekunlarına dair bildirib.
Nekuləesku "X" sosial şəbəkəsindəki hesabında ticarət gəmilərinə hücumların qəbuledilməz olduğunu və Qara dənizdəki müttəfiqlər kimi birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
Tərəflər NATO çərçivəsində əməkdaşlığı gücləndirmək və Bolqarıstanın da daxil olduğu üçtərəfli danışıqlar formatını aktivləşdirmək niyyətində olduqlarını bəyan ediblər.